🍏🍎 Qonşunun həyətindəki meyvə ağacının budaqları hasarın bu biri tərəfinə və ya küçəyə çıxıbsa, onların meyvəsini dərib yemək icazəlidirmi?


İslam dini şəxsi mülkiyyətə xüsusi önəm verir və halallıq almadan heç kimin mülkiyyətinə toxunmağa icazə vermir. Ağacın gövdəsi kimin həyətindədirsə, ağac onun mülkiyyəti sayılır və ondan istifadə etmək üçün sahibindən mütləq icazə alınmalıdır. Əgər ağacın budaqları hasarın üzərindən qonşunun həyətinə və ya küçəyə uzanıbsa, onun meyvəsindən istifadə etmək üçün həmin şəxsdən icazə və halallıq alınması lazımdır. Küçədə bitən ağacların meyvəsi cəmiyyətin ümumi malı sayılır. Onlardan istifadə etməyin dini cəhətdən qadağası yoxdur. Bir şərtlə ki, ictimai asayişə, dövlət qanunlarına, təmizliyə və ədalətə riayət edilsin. Əgər bu qaydalar pozularsa, həmin ağacların da meyvəsindən istifadə etmək olmaz.