Namazın sözləri

✅ Niyyət

Sübh namazı qılıram qürbətən iləllah

“Sübh namazı qılıram Allaha yaxınlaşmaq məqsədilə”


✅ Təkbir

اللهُ اَكْبَر

Allahu Əkbər

(Allah böyükdür)


✅ Fatihə surəsi

بِسْمِ اللهِ الرَّحْمَانِ الرَّحِيمِ

Bismilləəhir-Rahməənir-Rahiim.

(Bağışlayan və mehriban Allahın adı ilə)

الْحَمْدُ للّهِ رَبِّ الْعَالَمِينَ

Əl-həmdu lilləəhi Rabbil àləmiin

(Həmd aləmlərin Rəbbi Allaha məxsusdur. )

الرَّحْمَ'نِ الرَّحِيمِ

Ər-Rahməənir-Rahiim.

(Rəhimli və mehribandır. )

مَ'لِكِ يَوْمِ الدِّينِ

Məəliki yəumiddiin

(Haqq-hesab gününün sahibinə)

إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ

İyyəəkə nə-àbudu və iyyəəkə nəstəiin.

(Yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik)

اهْدِنَا الصِّرَ'طَ الْمُسْتَقِيمَ

İhdinəs-siraatal mustəqiim.

(Bizi doğru yola yönəlt)

صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ

Siraatalləźiinə ən-àmtə àləyhim Ğayril- məğďuubi àləyhim vələddaaaaaalliin.

(Nemət verdiyin kəslərin yoluna, qəzəbə düçar olanların və azanların yoluna yox)


✅ İxlas surəsi

بِسْمِ اللهِ الرَّحْمَانِ الرَّحِيمِ

Bismilləəhir-Rahməənir-Rahiim.

(Bağışlayan və mehriban Allahın adı ilə)

قُلْ هُوَ اللهُ أَحَدٌ

Qul huvəllaahu əhəd.

(De ki, Allah təkdir)

اللهُ الصَّمَدُ

Allahus-saməd.

(Allah ehtiyacsızdır)

لَمْ يَلِدْ وَلَمْ يُولَدْ

Ləm yəlid və ləm yuuləd.

(O, nə doğmuş, nə də doğulmuşdur)

وَلَمْ يَكُن لَّهُ كُفُوًا أَحَدٌ

Və ləm yəkul-ləhuu kufuvən əhəd.

(Onun heç bir tayı-bərabəri, bənzəri də yoxdur)

✅ Qunut

اَللَّهُمَّ صَلَّ عَلَى مُحَمَّدِ وَآلِ مُحَمَّد


“Allahummə salli 'aləə Muhəmmədin və aaali Muhəmməd”
(Allahım, Məhəmmədə və onun ailəsinə xeyir-dua göndər)


رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الْآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ

Rəbbəna atina fid dunya həsənəh və fil axirəti həsənəh və qina əzabən nar.
Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!

- Rəbbənəğ fir ləna vəli validəyyə və lil mumininə yəvmə yəqumul hisab.
Ey Rəbbimiz! Məni, valideynlərimi və bütün möminləri Haqq-Hesab günü bağışla.

- Rəbbəna amilna bifəzlik və lə tuamilna biədlik yə kərim.
Ey Kərim olan Rəbbimiz! Bizimlə fəzlinlə rəftar et, ədalətinlə yox.

- Rəbbəna la tuziğ qulubəna bədə iz hədəy təna vəhəb ləna min lədunkə rahməh,innəkə əntəl vəhhab.
Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəkərimizə şəkk-şübhə salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et , çünki, Sən həqiqətən,bəxş edənsən.


✅ Ruku

سُبحان رَبِّىَ العَظيمِ وَ بِحَمدِهِ

Subhanə rabbi-yəl Azımi və bi-həmdih
(Rəbbim pakdır, əzəmət və həmd sahibidir)

✅ Səcdə

سُبحان رَبِّىَ الاَعلى وَ بِحَمدِهِ

Subhənə rabbi-yəl Ə'la və bi-həmdih
(Rəbbim pakdır, ucadır və həmd sahibidir)

✅ Təşəhhüd (Şəhadət vermək)

الحَمدُ لِلّهِ

Əlhəmdu lilləh.

(Həmd Allaha məxsusdur)

اَشْهَدُ اَن لَا اِلََهَ الاَ اللهُ وَحدَهُ لاشَرِيكَ لَهُ

Əşhədu əlləə iləəhə illəllaahu, vəhdəhu ləə şəriikə ləh.

(Şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur. O, təkdir və şəriksizdir)

وَاَشهَدُ اَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ


Və əşhədu ənnə Muhəmmədən abduhu və rasuuluh.

(Şəhadət verirəm ki, Məhəmməd Onun qulu və elçisidir)

اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ

Allahummə salli aləə Muhəmmədin və əəli Muhəmməd.

(Allahım, Məhəmmədə və onun ailəsinə xeyir-dua göndər)


✅ Salamlar

اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا النَّبِىُّ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ

Əssələəmu àləykə əyyuhən-nəbiyyu və rahmətullaahi və bərakəətuh.

(Allahın salamı, mərhəməti və bərəkəti olsun sənə, ey Peyğəmbər!)

السَّلَامُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللهِ الصَّالِحِينَ

Əssələəmu àləynəə və aləə ibədilləəhis-saalihiin.

(Allahın salamı olsun bizə və Allahın saleh bəndələrinə!)

السَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ

Əssələəmu àləykum və rahmətullaahi və bərakəətuh.

Allahın salamı, mərhəməti və bərəkəti sizə olsun)