📖 İslami Terminlər

Ən çox istifadə olunan dini terminlərin qısa və aydın izahı

Adil
Haram olan şeyləri tərk edib, vacib olan şeyləri yerinə yetirməyə sövq edən mələkəyə sahib olan şəxs, ədalətlə davranan adam.
Axar su
Yerdən coşub çıxan və axmaqla hərəkətdə olan su. Çeşmə, kəhriz və s. kimi.
Az su
Kürr miqdarında olmayan, yerdən coşmayan və göydən yağmayan sular (məsələn: kasa, kuzə, aftafa suyu və s.).
Amil
Əməl edən, çalışan; zəkatı toplamaq, bölmək və digər işlər tapşırılmış şəxs; cualə qərarına əməl edən adam.
AriyÉ™
Öz malını geri almaq şərti ilə əvəzsiz olaraq başqasının istifadəsinə vermək.
Asi
Üsyan edən, ilahi əmrlərə itaət etməyən şəxs.
Ayət namazı
Zəlzələ, Günəş və Ay tutulması və əksər insanlarda qorxu yaradan təbii hadisələr zamanı vacib olan iki rəkət namaz.
BaliÄź
Həddi-buluğa çatmış oğlan və ya qız.
Batil
Düzgün olmayan, Allahın istədiyi kimi yerinə yetirilməyən əməl.
Bayram namazı
Fitr və Qurban bayramı günlərində xüsusi qayda ilə qılınan iki rəkət namaz.
Bidət
Dində olmayan və sonradan ilahi hökmlərə əlavə edilən yenilik.
Birinci fəcr
Sübh azanına yaxın vaxtda üfüqdə görünən aydınlıq.
Böyük hədəs
Qüslü vacib edən hallar (cənabət, heyz və s.).
Vacib
Yerinə yetirilməsi lazım olan, tərk edilməsi isə ilahi əzaba səbəb olan əməl.
Vacibi eyni
Hər bir şəxsin özünə ayrıca vacib olan əməl (namaz, oruc kimi).
Vacibi kifai
Bir və ya bir neçə nəfər yerinə yetirdikdə digərlərinin öhdəsindən götürülən vacib əməl (meyyit namazı kimi).
Vacibi təxyiri
Bir neçə vacib əməldən istənilən birini yerinə yetirmək ixtiyarının olması.
Vacib qĂĽsl
Yerinə yetirilməsi şəri baxımdan vacib olan qüsl.
Vədiə
Əmanət.
Vəhşət namazı
Dəfn edildiyi günün ilk gecəsi ölən şəxs üçün qılınan iki rəkət namaz.
Vəqf
Malı şəxsi istifadədən çıxarıb, onun mənfəətini xeyir işlərə və ya müəyyən şəxslərə sərf etmək.
Varis
İrs aparan, ölənin malına şəri cəhətdən sahib olan şəxs.
Vəliyy
Şəri cəhətdən ixtiyar sahibi olan şəxs (ata, baba, şəri hakim).
Vəsiy
Vəsiyyəti icra etməyə məsul olan şəxs.
Vəsiyyət
İnsanın ölümündən sonra görüləcək işlər barədə tövsiyələri.
Vətən
İnsanın yaşamaq üçün seçdiyi yer.
Vədi
Bövl etdikdən sonra insandan çıxan su.
Vəkalət
Bir şəxsi öz tərəfindən bir işi görməyə vəkil etmək.
Vəkil
Başqasının tərəfindən bir işi yerinə yetirən şəxs.
Vəzi
Bəzi hallarda məni gəldikdən sonra çıxan su.
Vitr namazı
Gecə namazının sonunda qılınan bir rəkətlik namaz.
Qəyyum
Başçı, sərpərəst.
Qəsb
Başqasının malını və ya haqqını zorla və zülmlə mənimsəmək.
Qəsr
Səfərdə dörd rəkətli namazların iki rəkət qılınması.
Qürbət qəsdi
Bir işi yalnız Allah rizası üçün görmək niyyəti.
QĂĽnut
Namazın ikinci rəkətində qiraətdən sonra dua və zikr oxumaq.
QĂĽsl
Qürbət qəsdi ilə bədəni xüsusi qaydada yumaq.
Qiyam
Ayaq üstə durmaq; namazın əsas rüknlərindən biri.
Ğəşş
Xəyanət, hiylə; xalqı aldatmaq məqsədilə dəyəri az olan malı dəyəri yüksək olan malla məlum olmayacaq şəkildə qarışdırmaq.
Ğüsalə
Yaxantı; bir şeyi yuduqdan sonra ondan öz-özünə və ya sıxmaqla tökülən su.
Ğufeylə namazı
Məğrib namazından sonra günbatandan qızartı çəkilməmiş qılınması müstəhəb olan iki rəkətli xüsusi namaz.
Äžait
İfrazat.
Dinin zəruriyyəti
Dinin ən mühüm və danılmaz hökmləri (namaz və orucun vacibliyi kimi).
DiyÉ™
Qan tökülməsi, bədən üzvlərinin zədələnməsi və ya nöqsanlanmasının əvəzində ödənilən mal.
Ədalət
İnsanı haramları tərk edib, vacibləri yerinə yetirməyə sövq edən mələkə.
ĆŹhd
Öhdəyə alma, söz vermə; yaxşı bir işi görmək və ya pis bir işi tərk etmək üçün xüsusi siğə ilə Allahla bağlanan əhd.
ĆŹqdi-daim
Ömür boyu birgə yaşamaq məqsədilə qurulan daimi nikah.
ĆŹqd
Bağlılıq; xüsusilə evlənmə bağlılığı.
ĆŹcr tutmaq
Müqaviləyə əsasən gördüyü işin qarşılığında haqq alan şəxs.
Ələm
Daha elmli.
Əhvət
Ehtiyata daha uyÄźun.
ĆŹhli-kitab
Səmavi kitaba sahib olan peyğəmbərlərin ardıcılları (yəhudilər, məsihilər, zərdüştilər).
Ehtiyat
Həqiqətə uyğun olduğuna arxayın şəkildə əməl etmək.
Ehtiyat vacib
Fətva olmayan, lakin edilməsi lazım olan ehtiyat. Müqəllid istəsə başqa müctəhidin fətvasına əməl edə bilər.
Ehtiyat lazım
Ehtiyat-vacib mənasında istifadə edilən ehtiyat.
Ehtiyat müstəhəb
Fətva ilə yanaşı tövsiyə edilən ehtiyat; əməl etmək vacib deyil.
Ehtiyat namazı
Namaz rəkətlərində şəkk olduqda, namazdan sonra qılınan surəsiz namaz.
Ehtiyat tərk edilməsin
Fətva verilməyən yerdə ehtiyat-vacib, fətva verilən yerdə isə ehtiyatın daha yaxşı olduğunu bildirir.
Eyni nəcis
Bövl, ğait, məni, murdar, qan, it, donuz, kafir və şərab kimi nəcis olan şeylərin özü.
İcarə
Malın və ya bir şəxsin əməyinin mənfəətini müəyyən qiymətlə başqasına vermək barədə bağlanan müqavilə.
İftar
Orucu açmaq.
İhtilam
Yuxuda məni xaric olması.
İqamət qəsdi
Yolçunun bir yerdə on gün qalmağa qərar verməsi.
İkinci fəcr
Birinci fəcrdən sonra uzununa görünən ağartı; sübh namazının vaxtı bu vaxtdan başlayır.
İmsaq
Bir şeydən çəkinmək.
İnşa qəsdi
Nikah, alqı-satqı kimi işləri xüsusi kəlmələrlə vücuda gətirmə niyyəti.
İrtimasi qüsl
Qüsl niyyəti ilə bir dəfə suya baş vurmaqla yerinə yetirilən qüsl.
İrtimasi dəstəmaz
Üzü və əlləri suya batırıb çıxarmaqla alınan dəstəmaz.
İrs
Ölən şəxsdən varisinə qalan mal.
İstibra
Nəcasətdən təmizlənməyə çalışmaq; bövldən, məni qalığından və nəcis yeyən heyvanla bağlı istifadə olunur.
İstihalə
Bir şeyin tam dəyişərək başqa bir şey sayılacaq hala gəlməsi.
İstihazə
Qadınların gördüyü üç növ qandan biri.
İstimna
Məninin xaric olması üçün edilən hərəkət.
İstisqa namazı
Yağış yağması üçün xüsusi şəkildə qılınan namaz.
İstitaət
Həcc üçün bədən, mal və yol baxımından gücün çatması.
İbnus-səbil
Səfərdə xərcliksiz qalan və yolunu davam etdirə bilməyən müsafir.
İstifta
Şəri hökmü öyrənmək üçün müctəhidə sual vermək.
İşkalı var
Ehtiyat-lazımın əksinədir.
İmam cəmaat
Camaat namazında iqtida olunan şəxs.
Zəif
Qüvvəsizlik, bir işi görməyə gücün çatmaması.
Zamin
Təzmin etməyə məsul olan və ya bunu qəbul edən şəxs.
Zərurət
Çarəsizlik, məcburiyyət.
Zəkat
Müəyyən mallardan nisab həddinə çatdıqda ayrılan vacib mal.
Zəkat nisabı
Zəkatın vacib olması üçün təyin edilən miqdar.
Zimmət şərtləri
İslam ölkəsində yaşayan kitab əhlinin can və mallarının qorunması üçün əməl etməli olduqları şərtlər.
Zimmi kafir
İslam dövlətinin pənahında yaşamağı qəbul edən kitab əhli.
Zina
Kəbin olmadan kişi və qadın arasında baş verən cinsi əlaqə.
Zira
Dirsəkdən barmaqların ucuna qədər olan məsafə.
YaisÉ™
Heyz qanı görməyəcək yaşa çatan qadın.
Yəqin
Heç bir şübhəsi olmayan doğru bilgi.
Kafir
Allahı, Peyğəmbərin (s) nübüvvətini və ya dinin zəruri hökümlərini inkar edən şəxs.
Kiçik hədəs
Dəstəmazı pozan hallar: bövl, ğait, yel çıxması, yatmaq və s.
Gecə namazı
Gecə yarısından sonra qılınan 8 rəkətli müstəhəb namaz.
Gündəlik nafilələr
Gündəlik müstəhəb namazlar; cümə günü 38, digər günlərdə 34 rəkət.
Ləhv alətləri
Əyyaşlıq və haram əyləncə üçün istifadə edilən alətlər (saz, nağara və s.).
Mafiz-zimmÉ™
İnsanın öhdəsinə aldığı şey.
Meyyitin malının əsli
Meyyitə məxsus olan üçdə biri çıxılmamış, vərəsələrin payı ayrılmamış mal.
MutÉ™
Daimi olmayan əqd ilə bağlanan nigah.
Muhtəzər
Can vermə vəziyyətində olan adam.
Mudd
Təqribən 750 qramdır. (Bir “sir” 74 qram, 10 “sir” bir mudd, yəni 750 qramdır.)
Murdar
Öz-özünə ölən və ya qeyri-İslami qaydada öldürülən heyvan.
Muvalat
Fasiləsiz, namazın bölmələrini ara vermədən qılmaq.
Muzaf su
Başqa bir şeydən alınan su; qarışarsa artıq su sayılmır. Məsələn: gülab, qarpız suyu.
Mohrim
Həcc və umrə üçün ehram bağlayan şəxs.
Muhtərəm mallar
Sahibinin icazəsi olmadan başqalarına haram olan mallar.
MuzariÉ™
Yer sahibi ilə əkinçinin arasında bağlanan anlaşma; məhsul müəyyən miqdarda bölünür.
Müstəhəb
Görülməsi yaxşı, savabı olan, tərk edilməsi isə əzaba səbəb olmayan əməldir.
MĂĽflis
Borcları mal-dövlətindən çox olan və müctəhid tərəfindən malında təsərrüf etməsi qadağan olunan şəxs.
Mürtədd
Əvvəlcə müsəlman olub sonra İslamdan çıxan şəxs.
Müctəhid
Allahın hökmlərini çıxarmağa elmi gücü olan şəxs.
Müqəllid
Müctəhidə təqlid edən, onun sözlərinə baxan şəxs.
Müməyyiz
Yaxşı və pisi ayırd edə bilən uşaq.
Mükəlləf
Həddi-buluğa çatmış ağıllı insan.
Müvəkkil
Özünə vəkil tutan şəxs.
MĂĽĹźrik
Allaha şərik qoşan şəxs.
MĂĽbah
Görülməsi və tərk edilməsi eyni dərəcədə olan əməldir; savabı yoxdur və əzaba səbəb olmur.
Mübtədiə
İlk dəfə heyz qanı görən qadın.
Mütləq qürbət qəsdi
Şəriət sahibinin əmri yerinə yetirmək qəsdi; vacib və ya müstəhəb ola bilər.
Mütləq su
Başqa şeylə qarışmayan normal su.
Müstəhazə
İstihazə qanını görən qadın.
Mütənəccis
Təmiz olan, lakin nəcis ilə qarışaraq nəcis olan şey.
Müztəribə
Heyz qanı görməsi zamanı normal olmayan qadın.
Məsh
Dəstəmazda əlləri baş və ayaqların üzərinə sürtmək.
Mən
Çəki vahidi, təqribən 3 kq.
Məmum
Camaat namazında imamın arxasında iqtida edən şəxs.
Məzalim
İnsanın boynunda olan və sahibini tanımadığı şeylər.
Məhrəm
Şəri cəhətdən evlənməsi haram olan şəxslər.
Məzi
Qadınla oynaşarkən kişidən gələn su (məni deyil).
Məchulul-malik
Maliki məlum olmayan və itmiş şeyin hökmləri ona aid edilməyən şey.
Məzməzə
Suyu ağızda dolandırmaq.
Məhəlli-işkal
İradı var, səhih olması şübhəlidir.
Məhəlli təəmmül
Gərək ehtiyat edilsin; başqa müctəhidə müraciət etmək olar.
Məkruh
Tərk edilməsi yaxşı, lakin görülməsi əzaba səbəb olmayan əməldir.
Milli mürtəd
Kafir ata-ana uşaq olaraq İslamdan üz döndərən şəxs.
Miskin
Fəqir, yoxsul, vəziyyəti çox pis olan şəxs.
Misqal
4,64 qramdır (24 noxud bir misqaldır).
Möhtəlim
Yuxu halında məninin insandan xaric olması.
Nəvasib
İmamlara qarşı nalayiq söz söyləyən şəxslər.
NafilÉ™
Müstəhəb namaz.
NasiyÉ™
Adət vaxtını unudan qadın.
Nəcis
Təmiz olmayan şey.
Nəfsa
Nifas qanı görməkdə olan qadın.
Nəfsi-muhtərəmə
Qanı muhtərəm olan, halal olmayan şəxs.
Nəzr
Xüsusi niyyətlə yaxşı işi görmək və ya pis işi tərk etmək.
Nifas
Doğumdan sonra qadının bətnindən gələn qan.
Nigah
Evlənmək.
Nisab
Təyin edilmiş miqdar.
Nisa təvafı
Həcc və ümreyi-müfrədənin son təvafı; tərk edilməsi haramdır.
Rəbəvi borc
Artığı ilə ödənilməsi şərtilə verilən borc.
Rəcaən
Həqiqətə çatmaq ümidi ilə bir işi görmək.
Rəca qəsdilə
Bir əməlin həqiqi hökmünü bilmədiyimizdə onu həqiqətə oxşatmaq ümidilə etmək.
Rəhn
Borclu şəxsin borc aldığı miqdar əvəzində qoyduğu mal.
RĂĽkn
Bir şeyin təməl dirəyi; ibadətlərin təməl üzvü.
RĂĽku
Namazda Allah qarşısında dizləri əyərək əyilmək.
Sa
Çəki vahidi; təqribən 3 kq.
Səmən
Əmtəənin qiyməti.
Səcdeye-səhv
Namazda səhv əməl üçün namazdan sonra edilən səcdə.
Təqib
Namazdan sonra zikr, dua vÉ™ Quran oxumaq.
Təqlid
Müctəhidin fətvalarına əsasən əməl etmək.
Təlaq
Boşama; evlilik əlaqələrini pozmaq.
Təlaqi-bəin
Kişinin yenidən nigah etməmiş qadın üzərində haqqı olmayan təlaq.
Təlaqi-xuli
Öz mehrini və ya başqa malını verərək boşanmaq istəyən qadının təlaqı.
Təlaqi-rici
İddəsi çıxmamış qadının ərinin yanına dönməsi üçün təlaq.
Tərəxxüs həddi
Müsafirin vətəndən uzaqlaşdığı məsafə; azan səsi eşidilməyəcək qədər.
Təvaf namazı
Həcc və ümrə mərasimlərində Beytullahul-həramı təvaf etdikdən sonra qılınan iki rəkət namaz.
Təharət
Şəriətdə dəstəmaz, qüsl və təyəmmüm vasitəsilə insanda hasil olan mənəvi təmizlik.
Təkbirətul-ehram
Namaza başlamaq üçün söylənən «Əllahu-əkbər».
Təlqih
Kişinin nütfəsini qadının rəhminə daxil etmək.
Tərtibi qüsl
Qüsl niyyəti ilə baş, boyun, sağ tərəf, sol tərəfi yumaq.
Tərtibi dəstəmaz
Dəstəmaz niyyəti ilə suyu üz, sağ qol, sol qol, baş, sağ ayaq, sol ayağa məsh etmək.
Təsəttür
Özünü örtmək, İslami geyimə əməl etmək.
Təşrih
Ölülərin bədənini tibbi və məlumat toplamaq məqsədilə kəsmək.
Təzkiyə edilmiş
Şəri göstərişlərə əsasən kəsilən heyvan.
Təsərrüf etmək
İxtiyarına keçirmək, alıb satmaq, hədiyyə etmək və ümumi istifadəyə vermək.
ĂśmrÉ™
Allahın evini ziyarət etmək; müəyyən şərtlərlə hər mükəlləfə ömründə bir dəfə vacib olur. İki növü vardır: Təməttö və Mufrədə ümrəsi.
Ücrətul-misl
Bir şeyin, yaxud işin camaat arasında mövcud olan haqqı; icarədə və sairdə miqdarından az, çox və ya bərabər ola bilər.
Fəqir
Möhtac, ehtiyacı olan, özünün və ailəsinin illik dolanışığına sahib olmayan şəxs.
Fətva
Şəri məsələlərdə müctəhidin nəzəri.
Fəcr
Sübhə yaxın üfüqün gündoğan tərəfdən görünən ağartı.
Fəcri-kazib
Birinci fəcr, sübh azanına yaxın şərqdə görünən dik ağartı.
Fəcri-sədiq
İkinci fəcr, 1-ci fəcrdən sonra üfüq boyu görünən ağartı; sübh azanının vaxtıdır.
Fərc
Qadının cinsiyyət üzvü.
Füzuli əqd
Malikin icazəsi olmadan baş verən və sonrakı razılıqla şərtlənən muamilə və ya əqddir.
Fitr bayramı
Ramazan bayramı, Şəvval ayının ilk günü.
FitrÉ™
Fəqirlərə verilən bayram sədəqəsi; 3 kq buğda, arpa, xurma, düyü, qarğıdalı və ya pul miqdarı.
Fitri mürtədd
Müsəlman ata və ya anadan doğulan, sonra kafir olan şəxs.
Fi səbilillah
Allah yolunda görülən işlər; məscid, körpü, yol tikmək və s.
Xatircəmlik
Düzlüyü güclü, əqlən xilaf ehtimalı olmayan xüsusiyyət.
XĂĽms
Beşdə bir; xüsusi yerlərdə məsrəf edilən malların beşdə biri.
Xovf (qorxu) namazı
Döyüş və bənzər hallarda xüsusi şəkildə qılınan namaz.
Hakimi-şəri
İslam hökmlərini icra edən müctəhid və ya naibi.
Haram
Tərk edilməsi vacib, görülməsi əzaba səbəb olan əməldir.
Hərəc
Dözülməsi mümkün olmayan çətinlik.
Hərbi kafir
Müsəlmanlarla döyüş halında olan kafir.
Həcce-Beytullah
Kəbəni ziyarət etmək və xüsusi əməlləri yerinə yetirmək.
Həcce-niyabəti
Allah evinin başqası tərəfindən ziyarət olunması və əməllərin yerinə yetirilməsi.
Heyz
Aybaşı olan qadın.
Hisbi şeylər
Adil müctəhidin və ya naibinin baxması lazım olan işlər (yetim malları və s.).
Hənut
Ölünün 7 əzasına kafur sürtmək.
Cameüş-şərait müctəhid
Mərcəi-təqlid olmaq üçün lazım olan bütün şərtlərə malik şəxs.
Cahil
Şəri hökmlərindən xəbərsiz olan şəxs.
Cahili-Qasir (günahsız cahil)
Bilmədiyinə görə günahı olmayan cahil.
Cahili-müqəssir
Bilmədiyinə görə günahı olan cahil; öyrənmək imkanına malik olduğu halda tənbəllik edən şəxs.
Cəbirə
Yara və çiban üzərinə sürtülən dərman və ya sarğı.
Cəbirəli qüsl
Bədən üzvlərində yara, çiban olduğu halda verilən qüsl.
Cəbirəli təyəmmüm
Təyəmmüm üzvlərində yara və çiban olduğu halda edilən təyəmmüm.
Cəllal
Ğaitini yeməyə adət edən heyvan.
Cəm kəffarəsi
Üç kəffarənin cəmi: 60 gün oruc, 60 fəqiri doyurma, 1 qul azad etmək.
Cənabət
Cünub olma halı; cinsi əlaqə və ya mənidən sonra.
Cima
Cinsi əlaqə.
CualÉ™
“Kim filan işi görərsə, ona müəyyən bir şey verəcəyəm” deyə qərar vermək.
Cümə namazı
Cümə günü günorta vaxtı ən azı 5 nəfərlə qılınan iki rəkət namaz.
Ĺžaxis
Günorta vaxtını təyin etmək üçün yerə sancılmış ağac və s.
Şərtləri haiz müctəhid
Təqlid mərcəi ola bilmə şərtlərinə sahib müctəhid.
Şəri fərsəx
Təqribən 5,5 km məsafə.
Şəri hakim
Şəri cəhətdən hökm vermək səlahiyyətinə malik müctəhid.
Şəfi namazı
Səkkiz rəkət gecə namazından sonra qılınan iki rəkət müstəhəb namaz.
Şəkk
Şübhə, tərəddüd.
Şəri zibh
Heyvanları İslam göstərişlərinə əsasən kəsmək.
Şükr səcdəsi
Allahın nemətinə şükr etmək üçün alnı yerə qoymaq.
Ĺžirk
Allahın zatına, sifətlərinə və ya əməllərinə şərik qoşmaq, Ona bənzər, ortaqlar tanımaq. İslamda ən böyük günahdır.
Təqva
Allahın əmr və qadağalarına görə qorxmaq və Onun razılığını qazanmaq üçün davranışlarda diqqətli olmaq.
İman
Allahı, Onun mələklərini, kitablarını, peyğəmbərlərini, axirət gününü və qaza-qədəri inkar etmədən qəbul etmək və qəlb ilə təsdiqləmək.
Kufr
Allahı inkar etmək və Onun göndərdiyi Peyğəmbərləri, həqiqətləri qəbul etməmək.
Rəbb
Hər şeyi yaradan, qoruyan və hökm edən Uca Allah.
Nübüvvət
Allahın seçdiyi Peyğəmbərlər vasitəsilə insanlara düzgün yol göstərməsi və İlahi hökmləri çatdırması.
Qiyamət
Dünyanın sona çatması, bütün insanların dirildilib əməllərinə görə mükafat və cəza alması günü.
Məhşər
Qiyamət günü bütün insanların toplanacağı yer.
Cənnət
Allahın razılığı ilə mükafatlandıracağı sonsuz xoşbəxtlik yeri.
Cəhənnəm
Allahın qəzəbi ilə günahkarların cəzalandırılacağı əzab yeri.
Qədər
Allahın hər şeyi əvvəlcədən bilməsi, yazması və yaratması; hər şey Onun iradəsi ilə baş verir.
Tövhid
Allahın təkliyini və Onun bütün sahələrdə yeganə olmasını qəbul etmək.
İttiba
Peyğəmbərin və İmamların yolunu izləmək, onların əmrlərinə uyğun hərəkət etmək.
Niyyət
Əməlləri Allah üçün etmək və qəlb ilə məqsədini təsdiqləmək.
Bismillah
Allahın adı ilə.
Subhanallah
Allah pak və Müqəddəsdir.
Əlhəmdulillah
Həmd olsun Allaha.
La ilaha illallah
Allahdan başqa ibadət olunası haqq məbud yoxdur.
Allahu Əkbər
Allah ən böyükdür.
İnşaallah
Allah istəsə.
MaĹźallah
Allah istədi.
HaĹźaallah
Allah saxlasın.
Təbərakallah
Allah mübarək eləsin.
Bərakallah
Allah bərəkətli eləsin.
Radi Allah
Allah razı olsun.
CəzakAllahu xayran
Allah xeyirlə cəzalandırsın.
Subhənallahi və Bihəmdih
Allah pak və Müqəddəsdir. Allaha həmd olsun.
La həvla və la quvvətə illa billah
Qüdrət və güc yalnız Allaha məxsusdur.
Əstəğfirullaha və ətubu ileyh
Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm.